“Regnum”a yeni baş redaktor təyin olunub

“Regnum”a yeni baş redaktor təyin olunub
# 07 noyabr 2022 19:08 (UTC +04:00)

Rusiyanın ermənipərəst “Regnum” xəbər agentliyinə yeni baş redaktor təyin olunub.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiyanın tanınmış jurnalisti və hüquq müdafiəçisi Marina Əhmədova “Regnum” xəbər agentliyinin baş redaktoru təyin edilib.

Əhmədova Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvüdür. Əvvəllər o, “Russian reportyor” jurnalının baş redaktor müavini, “Ekspert” jurnalının köşə yazarı olub.

Qeyd edək ki, “Regnum” xəbər agentliyi baş redaktoru Modest Kolerovun işdən çıxarıldığı məlum olduqdan sonra, şirkətdə rəhbərlik dəyişikliyi ilə əlaqədar noyabrın 2-də yayımını dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR