Rəsmi İrəvan Türkiyə və Ermənistan nümayəndələrinin sərhəddə görüşdüyünü təsdiqləyib

Rəsmi İrəvan Türkiyə və Ermənistan nümayəndələrinin sərhəddə görüşdüyünü təsdiqləyib
# 01 dekabr 2022 12:25 (UTC +04:00)

Ermənistan və Türkiyə nümayəndə heyətləri noyabrın əvvəllərində iki ölkənin sərhədində görüş keçirib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan deyib.

O, texniki heyətlərin görüşündə sərhədlərin açılması, körpülərin təmiri, sərhədlərin açılması halında hərəkətə nəzarət, gömrük nəzarəti, texniki hazırlıq və s. məsələlərin müzakirə olunduğunu deyib.

Vaan Unanyan görüşdə Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin 1 iyulda əldə etdiyi razılaşmaların icrasının müzakirə edildiyini əlavə edib.

Xatırladaq ki, bundan öncə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Türkiyə-Ermənistan sərhədində iki ölkənin nümayəndələrinin görüşdüyünü və müzakirələr apardığını açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR