Rostovda nikah mərasimi zamanı gülmək qadağan olunub

Rostovda nikah mərasimi zamanı gülmək qadağan olunub
# 18 yanvar 2022 12:28 (UTC +04:00)

Rusiyanın Rostov vilayətində Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVAQ) idarəsində nikah mərasimi zamanı gülmək qadağan olunub.

APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə Rostov regionunun nikah mərasiminin keçirilməsi qaydası haqqında dərc olunan qərarda bildirilib.

Qeyd olunub ki, Rostov regionunda VVAQ idarəsində keçirilən nikah mərasimi zamanı gülmək və alkoqollu içki qəbul etmək qadağan olunub.

Qərarda mərasim iştirakçılarının davranış qaydaları da təsvir olunub. Belə ki, VVAQ binasında təntənəli şəraitdə nikah mərasimi keçirilərkən, yüksək səsli söhbətlər (o cümlədən telefonla), gülmək yolverilməzdir.

Həmçinin təntənəli mərasimlər zalında çirkli ayaqqabıda, üst geyimdə və iri çantalarda olmaq qadağandır. Mərasim iştirakçılarına zalda gəzməyə, yemək yeməyə, siqaret çəkməyə, spirtli içki qəbul etməyə icazə verilmir.

Nikah mərasiminin təntənəli şəraitdə keçirilməsi üçün ayrılan maksimum vaxt 40 dəqiqədir.

Qərar dərc olunduğu gündən qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR