Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan Fransa səfiri Ann Luyo ilə görüşüb.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ruben Rubinyan Fransa səfirini Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesi barədə məlumatlandırıb.
Tərəflər həmçinin Ermənistan-Fransa əməkdaşlığı, eləcə də regional proseslərlə bağlı bir sıra məsələləri müzakirə ediblər.