Rudenko: "Rusiya Ukrayna limanlarından gəmilərin keçidini təmin etməyə hazırdır"

Rudenko: "Rusiya Ukrayna limanlarından gəmilərin keçidini təmin etməyə hazırdır"
# 25 may 2022 12:06 (UTC +04:00)

Ərzaq probleminin həlli limanların yaxınlığındakı akvatoriyanın Ukrayna tərəfindən təmizlənməsini tələb edir. Rusiya gəmilərin çıxması üçün humanitar dəhliz verməyə hazırdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Ərzaq probleminin həlli kompleks yanaşma tələb edir, o cümlədən Rusiyanın ixracına və maliyyə əməliyyatlarına tətbiq edilən sanksiya məhdudiyyətlərinin aradan qaldırılmasını, Ukraynadan gəmilərin yanaşdığı bütün limanları təmizləməyi tələb edir. Rusiya hər gün etdiyi lazımi humanitar keçidi təmin etməyə hazırdır”, - Rusiya XİN başçısının müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR