Rusiya bir qrup avropalı diplomatı “arzuolunmaz şəxs” elan edib - YENİLƏNİB

Rusiya bir qrup avropalı diplomatı “arzuolunmaz şəxs” elan edib - YENİLƏNİB
# 18 may 2022 15:51 (UTC +04:00)

Mayın 18-də İspaniya və İtaliyanın səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, İspaniya və İtaliya hakimiyyətlərinin Rusiyanın diplomatik nümayəndəliklərinin müvafiq olaraq 27 və 30 əməkdaşını “arzuolunmaz şəxs” elan etmək barədə təxribat xarakterli və əsassız qərarı ilə əlaqədar səfirlərə etiraz təqdim olunub. Bu qeyri-dost addımın Rusiya-İspaniya və Rusiya-italiya münasibətlərinə mənfi təsir göstərəcəyi vurğulanıb.

Cavab olaraq, İspaniyanın Moskvadakı səfirliyinin və Sankt-Peterburqdakı İspaniya Baş Konsulluğunun 27 əməkdaşı, İtaliyanın isə 24 diplomatı “arzuolunmaz şəxs” elan edilib. Onlar müvafiq notanın səfirlərə çatdırıldığı tarixdən 7 gün ərzində ölkə ərazisini tərk etməlidirlər.

***

14:55

Mayın 18-də Fransa Respublikasının səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Fransa hakimiyyətinin Rusiyanın Fransadakı diplomatik qurumlarının 41 əməkdaşını “arzuolunmaz şəxs” elan etmək barədə təxribat xarakterli və əsassız qərarı ilə əlaqədar səfirə etiraz təqdim olunub. Bu addımın Rusiya-Fransa münasibətlərinə və konstruktiv ikitərəfli əməkdaşlığa ciddi ziyan vurduğu vurğulanıb.

Buna cavab olaraq, Fransanın Rusiyadakı diplomatik qurumlarının 34 əməkdaşı “arzuolunmaz şəxs” elan edilib. Onlara müvafiq notanın səfirə çatdırıldığı tarixdən iki həftə ərzində Rusiya ərazisini tərk etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR