Rusiya ABŞ-a Ukrayna münaqişəsinə qarışmaqla bağlı xəbərdarlıq edib

Rusiya ABŞ-a Ukrayna münaqişəsinə qarışmaqla bağlı xəbərdarlıq edib
# 07 oktyabr 2022 12:59 (UTC +04:00)

Moskva Vaşinqtona Kiyevə ehtiyatsız dəstək və münaqişəyə qarışmaq barədə xəbərdarlıq edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib

"Biz ABŞ-ı və Kiyev rejiminin digər sponsorlarına münaqişə tərəfləri kimi vəziyyətə getdikcə daha da dərindən qarışmaq barədə bir daha xəbərdarlıq edirik”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov həmçinin qeyd edib ki, Vaşinqton və “onun vassalları” reallığı və Rusiyanın mövqeyini təhrif etməyə və beynəlxalq ictimaiyyəti qorxutmağa, onun sağlam düşüncəli hissəsini Kiyevi bütün avantüralarında ehtiyatsızcasına dəstəkləmək kimi uğursuz kursa getməyə məcbur etməyə çalışırlar.

O əlavə edib ki, Rusiya hərbi doktrinası və nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsasları dəyişməz olaraq qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR