Rusiya ADT-də müşahidəçi statusunun dayandırılmasına reaksiya verib

Rusiya ADT-də müşahidəçi statusunun dayandırılmasına reaksiya verib
# 22 aprel 2022 18:43 (UTC +04:00)

Moskva Rusiyanın Amerika Dövlətləri Təşkilatında (ADT) müşahidəçi statusunu dayandırılması qərarından təəssüflənir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Aprelin 21-də ADT-nin Daimi Şurası Rusiyanın təşkilatında daimi müşahidəçi statusunu dayandırmaq barədə qətnamə qəbul edib. Səbəb Ukrayna ətrafındakı vəziyyətdir. Biz bu qərardan təəssüflənirik. ADT-nin NATO-ya üzv ölkələri - ABŞ və Kanada tərəfindən irəli sürülən bu sənədin məqsədi Latın Amerikası dövlətlərini anti-Rusiya "hay-küylərinə" cəlb etmək, Rusiya ilə dostluq, qarşılıqlı hörmətə əsaslanan dialoq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə nifaq salmaqdır.

“Biz bilirik ki, Latın Amerikası və Karib hövzəsi dövlətləri misli görünməmiş təzyiqlərə məruz qalıblar", deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.

Həmçinin vurğulanıb ki, Rusiya ilə bağlı qərar Latın Amerikasının aparıcı dövlətləri: Argentina, Braziliya, Meksika, həmçinin Boliviya, Honduras, El Salvador və Karib hövzəsi ölkələri: Sent Kits və Nevis, Sent Vinsent və Qrenada tərəfindən dəstəklənməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR