Rusiya AEBA missiyasının Zaporojye AES-də nüvə fəlakəti təxribatlarını dayandıracağına ümid edir

Rusiya AEBA missiyasının Zaporojye AES-də nüvə fəlakəti təxribatlarını dayandıracağına ümid edir
# 31 avqust 2022 12:03 (UTC +04:00)

Rusiya ümid edir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) missiyasının Zaporojye ATOM Elektrik Stansiyasına (AES) səfəri Ukraynanın nüvə fəlakəti və nüvə şantajı ilə bağlı təxribatlarını dayandırmağa kömək edəcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Ümid edirik ki, AEBA ekspertlərinin bu günə planlaşdırılan Zaporojye AES-ə səfəri Ukrayna hakimiyyətinin nüvə fəlakəti törətmək və nüvə şantajı etmək istəyini dayandırmağa kömək edəcək", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR