Rusiya AEBA-nın Zaporojye AES-lə bağlı təkliflərini öyrənir

Rusiya AEBA-nın Zaporojye AES-lə bağlı təkliflərini öyrənir
# 09 sentyabr 2022 12:53 (UTC +04:00)

Rusiya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Zaporojye Atom Elektrik Stansiyası (AES) ilə bağlı məruzəsini və təkliflərini öyrənir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

O, AEBA-nın təkliflərinə cavab vermək üçün vaxtın lazım olduğunu qeyd edib: “AEBA-nın hesabatı yenicə hazırlanıb. Hazırda biz bu məruzəni ətraflı öyrənirik. Daha sonra bizim tərəfimizdən əlavə addımlar atılacaq. Lakin bu hesabatda yer alan bir sıra təkliflərə necə cavab verəcəyimizi qərara alana qədər vaxt lazımdır”, - Rusiya XİN başçısının müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR