Rusiya Aktau və Səmərqənddə konsulluq açacaq

Rusiya XİN

© APA | Rusiya XİN

# 26 iyul 2022 10:54 (UTC +04:00)

Rusiya Qazaxıstanın Aktau, Belarusun Qrodno, Meksikanın Kankun və Özbəkistanın Səmərqənd şəhərlərində konsulluqlar açacaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in Konsulluq departamentinin direktoru İvan Volınkin deyib.

O bildirib ki, departamentin xətti ilə yeni konsulluqların açılması həm genişlənmə məqsədi daşıyır, həm də Rusiya vətəndaşlarının turist axınlarının yüksək olduqları regionlarda nəzərdə tutulur.

Volınkin vurğulayıb ki, hazırda Asiya, Afrika, Latın Amerikası və ən əsası MDB ölkələrində fəaliyyətin genişləndirilməsi diqqət mərkəzindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR