Rusiya aviasiyası Ukrayna hərbi texnikalarının təmir olunduğu zavodu vurub

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 08 iyun 2022 12:47 (UTC +04:00)

Rusiya aviasiyası yüksək dəqiqlikli raketlərlə Xarkovdakı Ukrayna Silahlı Qüvvələrinin texnikasının təmir olunduğu hərbi zavodu vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Xarkov vilayətində yüksək dəqiqlikli havadan buraxılan raketlər zirehli zavodu vurub, həmin zavodun sexlərində Ukrayna Silahlı Qüvvələrinə məxsus tankların və digər zirehli texnikanın təmiri və bərpası işləri aparılıb.

Bundan başqa, iki komanda məntəqəsi, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 13 ərazi, həmçinin Xarkov vilayətində “Uraqan” reaktiv yaylım atəşi sistemlərinin batareyası vurulub. Həmçinin, Xarkov vilayətinin Malinovka, "DXR"in Spornoe, "LNR"in Zvanovka rayonlarında silah və döyüş sursatları olan dörd anbar məhv edilib", - deyə Rusiya MN sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR