Rusiya Avropada adi silahlı qüvvələr haqqında müqavilədən çıxıb

Rusiya Avropada adi silahlı qüvvələr haqqında müqavilədən çıxıb
# 29 may 2023 13:06 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Avropada adi silahlı qüvvələr haqqında müqaviləni denonsasiya edilməsi qanunu imzalayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, mayın 16-da Dövlət Duması, 24-də isə Federasiya Şurası tərəfindən Avropada adi silahlı qüvvələr haqqında müqavilənin denonsasiya edilməsi barədə qəbul olunan qanunu imzalayıb.

Qeyd edək ki, mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Rusiya Avropada adi silahlı qüvvələr haqqında müqaviləni denonsasiya edilməsinə dair sərəncam imzalayıb.

Sərəncamda Putin xarici işlər nazirinin müavini Sergey Ryabkovu parlamentdə özünün məlum müqavilənin ləğv edilməsi ilə bağlı nümayəndəsi təyin edib.

Xatırladaq ki, Avropada adi silahlı qüvvələr haqqında müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR