Rusiya Belarusla vizaların qarşılıqlı tanınması haqqında sazişi ratifikasiya edib

Rusiya Belarusla vizaların qarşılıqlı tanınması haqqında sazişi ratifikasiya edib
# 17 yanvar 2023 15:51 (UTC +04:00)

Rusiya Dövlət Duması Belarusla vizaların qarşılıqlı tanınması haqqında sazişi ratifikasiya edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, saziş Dumanın bu gün keçirilən plenar iclasında ratifikasiya olunub.

“Sazişin icrası çərçivəsində Belarus tərəfi ilə verilmiş və ləğv edilmiş giriş və qalma icazələri, habelə Rusiya və Belarus sərhədlərinin buraxılış məntəqələrindən keçməsi barədə məlumat mübadiləsi sistemi yaradılacaq”, - deyə saziş layihəsində qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR