Rusiya Britaniyanın XİN rəhbəri və Baş Qərargah rəisinə sanksiya tətbiq edib

Rusiya Britaniyanın XİN rəhbəri və Baş Qərargah rəisinə sanksiya tətbiq edib
# 14 yanvar 2023 14:56 (UTC +04:00)

Rusiya Böyük Britaniya xarici işlər naziri və Baş Qərargah rəisinə sanksiya tətbiq edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Britaniyanın xarici işlər naziri Ceyms Kleverli və Baş Qərargah rəisi Patrik Sandersin Rusiya ərazisinə girişi qadağan olunub.

"Bu ilin yanvarında Britaniya hökuməti tərəfindən anti-Rusiya kursunun davam etdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin bir sıra üzvlərinin, hüquq-mühafizə orqanlarının və Böyük Britaniyanın jurnalist korpusunun nümayəndələrinin əlavə olaraq Rusiyanın “stop siyahısı”na daxil edilməsi qərara alınıb. Onların arasında, xüsusən də Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli, Regionların sosial-iqtisadi inkişafı, mənzil, icma və yerli idarəetmə naziri Maykl Qov, Lankaster Hersoqluğunun Kansleri Oliver Douden, Baş Qərargah rəisi Patrik Sanders , Britaniya Silahlı Qüvvələrinin Strateji Komandanlığı və Milli Kibertəhlükəsizlik Mərkəzinin rəhbərliyinin nümayəndələri var", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR