Rusiya Çinin təşkil etdiyi “Şimal Qarşılıqlı Fəaliyyət-2023” təlimlərində iştirak edəcək

Rusiya Çinin təşkil etdiyi “Şimal Qarşılıqlı Fəaliyyət-2023” təlimlərində iştirak edəcək
# 09 iyun 2023 14:22 (UTC +04:00)

Rusiya hərbçiləri Çinin təşkil etdiyi "Şimal. Qarşılıqlı fəaliyyət-2023" təlimlərində iştirak edəcək.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının üzvü, Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının Birləşmiş Qərargah rəisi, general-polkovnik Lyu Çjenli ilə Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəisi arasında telefon danışığı zamanı tərəflər iki dövlət başçılarının əldə etdiyi konsensusun həyata keçirilməsi və iki ölkənin hərbi qüvvələri arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər Rusiyanın dəvətə cavab olaraq Çinin təşkil etdiyi “Şimal Qarşılıqlı Fəaliyyət-2023” təlimlərində iştirak edəcəyini birgə təsdiqləyiblər.

Çin Müdafiə Nazirliyi digər təfərrüatları açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR