Rusiya daha 61 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyub

Rusiya daha 61 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyub
# 06 iyun 2022 21:46 (UTC +04:00)

Rusiya daha 61 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu tədbir ABŞ-ın siyasi və ictimai xadimlərə, eləcə də Rusiyanın işgüzar dairələrinin nümayəndələrinə qarşı getdikcə genişlənən sanksiyalarına cavab olaraq həyata keçirilib.

“Stop siyahısı”na aparıcı hərbi-sənaye kompleksi korporasiyalarının, media platformalarının və reytinq agentliklərinin, aviasiya və gəmiqayırma şirkətlərinin rəhbərləri, habelə ABŞ Dövlət Departamentinin ayrı-ayrı məmurları olan 61 Amerika vətəndaşı daxil edilib" , - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR