Rusiya diplomatlarının Avstriyadan çıxarılmasına cavab verəcək

Rusiya diplomatlarının Avstriyadan çıxarılmasına cavab verəcək
# 03 fevral 2023 12:44 (UTC +04:00)

Moskva rusiyalı diplomatların Avstriyadan çıxarılmasına cavab verəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirib.

O, Moskvanın cavabının simmetrik olub-olmayacağını dəqiqləşdirməyib.

Diplomat ölkəsinin Vyananın 4 Rusiya diplomatını ölkədən çıxarmaq qərarını növbəti qeyri-dost addım kimi qiymətləndirdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR