Rusiya dünyaya gübrə ixracını genişləndirməyə hazırdır

Rusiya dünyaya gübrə ixracını genişləndirməyə hazırdır
# 23 noyabr 2022 11:55 (UTC +04:00)

Rusiya dünya bazarlarına gübrə ixracını genişləndirməyə hazırdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının mineral gübrələr üzrə komissiyasının sədri, “Uralxim”in təsisçisi Dmitri Mazepinlə görüşdə bildirib.

Prezident qeyd edib ki, “Uralxim” dünya bazarında ən böyük oyunçulardan biridir.

"Mən bilirəm ki, iş gedir, bəzi ölkələrin yaratdığı süni maneələrə baxmayaraq, iş kifayət qədər uğurla gedir. Başa düşdüyüm kimi, bundan yalnız dünya bazarları əziyyət çəkir. Biz bu işi istisnasız olaraq bütün tərəfdaşlarla genişləndirməyə hazırıq. Əlbəttə, biz hər şey etməliyik ki, ilk növbədə kənd təsərrüfatı istehsalçılarımızın maraqlarını təmin edək, ənənəvi müştərilərinizə, istehlakçılara, həm də inkişaf etməkdə olan ölkələrdəki dostlarımıza, ilk növbədə Afrika ölkələrinə dəstək olaq. Bu, humanitar nöqteyi-nəzərdən düzgün olacaq və son nəticədə biznes nöqteyi-nəzərindən düzgün olacaq, yəni siz öz bazarlarınızı dəstəkləyəcəksiniz”, - deyə Putin vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR