Rusiya Əfqanıstana görə Tacikistanın müdafiə qabiliyyətini gücləndirir

Vladimir Putin, Emoməli Rəhmon

© APA | Vladimir Putin, Emoməli Rəhmon

# 27 dekabr 2021 17:05 (UTC +04:00)

Əfqanıstanla sərhəddəki vəziyyət təşviş və narahatlıq doğurur.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emoməli Rəhmonla Sankt-Peterburqda keçirilən görüşdə bildirib.

“Tacikistan bizim sadiq, etibarlı, yaxın müttəfiqlərimizdən biridir. Biz bütün sahələrdə əlaqələri çox fəal şəkildə inkişaf etdiririk. Bu, təhlükəsizlik məsələlərinə də aiddir. Hazırda Əfqanıstanla sərhəddəki vəziyyət müəyyən həyəcan və narahatlıq doğurur”, - V. Putin vurğulayıb.

O qeyd edib ki, ölkəsi bu təhlükəni bölüşür və digər məsələlərlə yanaşı, Rusiya Tacikistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə kömək edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR