Rusiya Federasiya Şurasının Reqlament və Parlament Fəaliyyətinin Təşkili Komitəsi senator Lyudmila Narusovaya sərt xəbərdarlıq edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, buna səbəb Narusovanın İspaniyaya səyahət etməsi olub.
Parlamentin müvafiq komitəsi Ukraynada xüsusi əməliyyat zamanı NATO ölkələrinə səfərin yolverilməzliyi barədə senatora sərt şəkildə xəbərdarlıq edib. Bildirilib ki, bu səfər senatorun və bütövlükdə Rusiya Parlamentinin yuxarı palatasının statusunu nüfuzdan salacaq.
Qeyd edək ki, Lyudmila Narusova tanınmış teleaparıcı və jurnalist Kseniya Sobçakın anasıdır.