Rusiya FHN: Moskva vilayətində bütün yanğınlar söndürülüb

Rusiya FHN: Moskva vilayətində bütün yanğınlar söndürülüb
# 19 avqust 2022 03:10 (UTC +04:00)

Moskva vilayətində bütün yanğınlar söndürülüb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bununla belə, Moskvada və Moskva vilayətində bazar ertəsinə qədər, yanğın təhlükəsinin qaldığı barədə xəbərdarlıq elan olunub.

Sakinlərə meşədə ocaq qalamaq, açıq havada zibil yandırmaq tövsiyə olunmur.

Xatırladaq ki, Rusiyanın Nijeqorod vilayətinin qubernatoru Qleb Nikitin meşə yanğını ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR