Rusiya "Google" şirkətinə xəbərdarlıq edib

Rusiya "Google" şirkətinə xəbərdarlıq edib
# 11 avqust 2019 17:45 (UTC +04:00)

Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya sferasına nəzarət üzrə Rusiya Federal Xidməti (Roskomnadzor) "Google" şirkətindən "YouTube" videohostinqindən ölkədəki qanunsuz aksiyanın təbliğinə son qoymağı tələb edib.

APA-nın məlumatına görə, bu barədə bu gün "Roskomnadzor"un saytında məlumat yerləşdirilib.

"Roskomnadzor" "Google" şirkətinə məxsus "YouTube" videohostinqində reklam vasitələrindən Rusiyada seçkilərə müxtəlif səviyyələrdə müdaxilə üçün istifadə edilməyə çalışıldığını qeyd edib. "Roskomnadzor" "Google" şirkətinə ünvanlanan məktubda qeyd edib ki, şirkət Rusiyanın reaksiyasını nəzərə almasa, bu, müstəqil dövlətin işlərinə müdaxilə və Rusiyada demokratik seçkilərə mane olmaq cəhdi kimi qiymətləndiriləcək. "Roskomnadzor" bu halda adekvat reaksiya vermək hüququnu özündə saxladığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR