Rusiya-Gürcüstan avtomagistralında istilik məntəqələri açılıb

Rusiya-Gürcüstan avtomagistralında istilik məntəqələri açılıb
# 08 fevral 2023 12:06 (UTC +04:00)

Rusiya-Gürcüstan avtomagistralında Rusiya Fövqəladə Hallar Nazirliyinin istilik məntəqələri açılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstanın Vladiqafqaz-Yuxarı Lars hissəsində və Cənubi Osetiyanın Transqafqaz magistralında bütün növ avtomobillərin hərəkəti qadağan olunub.

Nəqliyyat vasitələrinin sürücülərinin pis hava şəraitini sakit şəkildə gözləmələri üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bağlı yollarda mobil istilik məntəqələri açıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR