Rusiya-Gürcüstan sərhədində səfərbərlik məntəqəsi fəaliyyətə başlayıb - VİDEO - YENİLƏNİB

Rusiya-Gürcüstan sərhədində səfərbərlik məntəqəsi fəaliyyətə başlayıb - VİDEO   - YENİLƏNİB
# 27 sentyabr 2022 16:44 (UTC +04:00)

Rusiya Gürcüstan sərhədində hərbi çağırış üzrə operativ qrup işləyir.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Şimali Osetiya Respublikası başçısının və hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Gürcüstanla sərhəddə hərbi komissarlıq və icra hakimiyyəti orqanlarının nümayəndələri də daxil olmaqla, çağırış üzrə operativ qrup işləyir. Onlar sərhəddən çıxışda şəxsin hərbi xidmətə cəlb edilib-edilmədiyini, çağırışa cəlb olunub-olunmadığını yoxlayırlar. Məlumat öz təsdiqini tapdığı təqdirdə, həmin adama çağırış vərəqəsi təqdim olunur.

***

11:37

Rusiya-Gürcüstan sərhədinin Şimali Osetiyadakı hissəsində yaxın vaxtlarda hərbi komissarlığın səfərbərlik məntəqəsi açılacaq.

APA-nın Rusiya bürosunun Şimali Osetiyanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə müvafiq qərar “Yuxarı Lars” keçid məntəqəsində keçirilən müşavirədə qəbul edilib.

Qeyd olunub ki, Şimali Osetiyanın daxili işlər naziri, Dövlət Yol Müfəttişliyinin rəisi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin rəhbərlərinin iştirakı ilə “Yuxarı Lars” sərhəd keçid məntəqəsində müşavirə keçirilib.

Müşavirədə Şimali Osetiyadakı “Yuxarı Lars” keçid məntəqəsindən Rusiya-Gürcüstan sərhədini piyada keçməyə icazə verilməsi haqqında qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR