Rusiya-Gürcüstan sərhədində vəziyyət sabitləşib

Rusiya-Gürcüstan sərhədində vəziyyət sabitləşib
# 03 oktyabr 2022 14:14 (UTC +04:00)

Rusiya-Gürcüstan sərhədində vəziyyət sabitləşib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Şimali Osetiya-Alaniya Respublikasından bildirilib.

Qeyd olunub ki, qismən səfərbərlik elan olunandan sonra Rusiyanın Gürcüstanla sərhəddə yerləşən “Yuxarı Lars” sərhəd keçid məntəqəsində kilometrlərlə uzunluqda yaranan avtomobil növbəsi ilə bağlı vəziyyət sabitləşib.

O da bildirilib ki, sərhəddən Gürcüstana keçmək istəyənlərin sayında da azalma baş verib.

Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunmasından sonra Gürcüstan sərhədində böyük növbə yaranıb. Vəziyyətin gərginliyi səbəbindən Vladiqafqazdan Gürcüstan istiqamətində avtomobillərin hərəkəti dayandırılıb. Hökumət Gürcüstanla sərhəddə səfərbərlik məntəqəsi açıb.

Analoji vəziyyət Rusiyanın Qazaxıstan sərhədində də qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR