Rusiya Hesablama Palatasının sədri vəzifəsini tərk edir

Rusiya Hesablama Palatasının sədri vəzifəsini tərk edir
# 29 noyabr 2022 11:21 (UTC +04:00)

Aleksey Kudrin Rusiya Federasiyası Hesablama Palatasının rəhbəri vəzifəsindən gedir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kudrin özü bildirib.

"İndi diqqətimi böyük layihələrə yönəltmək istərdim. Ona görə də mən Hesablama Palatasının sədri vəzifəsini tərk edirəm, bu barədə müəyyən edilmiş qaydada Rusiya Federasiyasının Prezidentinə müvafiq ərizə vermişəm", - Kudrin qeyd edib.

Artıq Rusiya Prezidenti Vladimir Putinin Federasiya Şurasına Kudrini Hesablama Palatasının sədri vəzifəsindən azad etməklə bağlı xahiş etdiyi bildirilib.

Rusiya KİV Kudrinin "Yandex"ə rəhbərlik edəcəyi ilə bağlı məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR