Rusiya ilə ABŞ mədəniyyət, elm və KİV sahəsində əməkdaşlığı dayandırır

Rusiya ilə ABŞ mədəniyyət, elm və KİV sahəsində əməkdaşlığı dayandırır
# 03 iyun 2022 13:29 (UTC +04:00)

Rusiya və ABŞ mədəniyyət, elm və KİV sahəsində əməkdaşlığı dayandırır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, iyunun 1-də Rusiya Xarici İşlər Nazirliyi mədəniyyət, elm, təhsil və KİV sahəsində əməkdaşlığa dair memorandumun ləğvi barədə ABŞ-ı xəbərdar edib:

"Bu memorandumun bundan sonra qorunub-saxlanması sadəcə olaraq mənasını itirib. Bildirişlə müvafiq nota iyunun 1-də Amerika Birləşmiş Ştatlarının Moskvadakı səfirliyinə təqdim olunub", deyə Rusiya XİN sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR