Rusiya ilə Ukrayna arasında əsirlərin növbəti mübadiləsi baş tutub

Rusiya ilə Ukrayna arasında əsirlərin növbəti mübadiləsi baş tutub
# 03 noyabr 2022 17:42 (UTC +04:00)

Bu gün Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.

APA Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ukraynada əsirlikdə saxlanılan 107 Rusiya hərbçisi azad olunub.

Azad olunmuş hərbçilər müalicə və reabilitasiya üçün Moskvaya göndəriləcəklər.

Rusiyanın da Ukrayna tərəfinə 107 hərbçini qaytardığı bildirilir. Onlardan 74-ü "Azovstal" zavodunun müdafiəçiləri, o cümlədən 3-ü Azov alayının döyüşçüləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR