Rusiya ilk dəfə Ukrayna müharibəsində Britaniya istehsalı uzaqmənzilli raketi vurduğunu açıqlayıb

Rusiya ilk dəfə Ukrayna müharibəsində Britaniya istehsalı uzaqmənzilli raketi vurduğunu açıqlayıb
# 09 iyun 2023 06:28 (UTC +04:00)

Rusiya-Ukrayna müharibəsində ilk dəfə olaraq Britaniya istehsalı olan “Storm Shadow” uzaqmənzilli qanadlı raketi vurulub.

APA xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Qeyd olunub ki, aşkarlanan hədəf Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə Sistemi tərəfindən vurulub.

Bildirilib ki, obyekt hava hücumundan müdafiənin bu tip ilk məhv edilmiş hədəflərindən biridir.

“Storm Shadow” qanadlı raketi son dərəcə aşağı hündürlüklərdə uça bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR