Rusiya Kanadanın daha 100 vətəndaşına sanksiya tətbiq edib

Rusiya Kanadanın daha 100 vətəndaşına sanksiya tətbiq edib
# 14 noyabr 2022 19:10 (UTC +04:00)

Rusiya Kanadanın daha 100 vətəndaşına sanksiya tətbiq edib.

APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, 100 Kanada vətəndaşının Rusiya Federasiyası ərazisinə girişi qadağan olunub.

Bildirilib ki, Baş nazir Justin Trüdo rejimi tərəfindən Rusiya rəhbərliyinə, siyasətçilərə və parlamentarilərə, işgüzar dairələrin nümayəndələrinə, ekspertlərə və jurnalistlərə, mədəniyyət xadimlərinə, habelə Kanadanın rusofob hakimiyyət orqanlarının hesab etdiyi hər kəsə qarşı davam edən sanksiya praktikasına cavab olaraq Rusiyaya giriş 100 Kanada vətəndaşı üçün qarşılıqlılıq əsasında bağlanır:

"Onların arasında aqressiv anti-Rusiya kursunun formalaşmasında bilavasitə iştirak edən yüksək vəzifəli məmurlar, biznesmenlər, çoxsaylı banderist təşkilatların fəalları, media və maliyyə strukturları var".

Rusiya XİN “stop siyahısı”na düşən Kanada vətəndaşlarının siyahısını da dərc edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR