Rusiya MDB ölkələrinə bioloji təhlükəsizlik mərkəzlərinin qurulmasında kömək etməyə hazırdır

Anna Popova

© APA | Anna Popova

# 28 dekabr 2021 15:58 (UTC +04:00)

Rusiya MDB ölkələrinə bioloji təhlükəsizlik mərkəzlərinin layihələndirilməsi və təchiz edilməsində kömək göstərməyə hazırdır

Rusiyanın baş sanitar həkimi, İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin liderlərinin qeyri-formal sammitində MDB məkanındakı bioloji təhlükəsizliklə bağlı çıxış edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, A. Popova MDB-də bioloji təhlükəsizlik üçün tədqiqat və məlumat mübadiləsi üçün vahid tədbirlər sisteminin qurulmasının lazım olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Federasiyası MDB ölkələrinə bioloji təhlükəsizlik mərkəzlərinin layihələndirilməsi və təchiz edilməsində kömək göstərməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR