Rusiya “Meta”nı ekstremist təşkilatlar reyestrinə daxil edib

Rusiya “Meta”nı ekstremist təşkilatlar reyestrinə daxil edib
# 25 noyabr 2022 15:03 (UTC +04:00)

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Meta-nı ekstremist təşkilatların reyestrinə daxil edib. APA-nın Moskva müxbirinin məlumatına görə, ABŞ-ın “Facebook”, “İnstagram” kimi sosial şəbəkələrinin daxil olduğu “Meta” şirkəti Rusiyada ekstremist təşkilatların siyahısına daxil edilib.

Qeyd edək ki, Rusiya Ukrayna müharibəsi başlayandan sonra ölkə ərazisində “Facebook” və “İnstagram” sosial şəbəkələrinin fəaliyyətini bloklayıb. Rəsmi Moskva “Meta”ya daxil olan sosial şəbəkələrin Rusiya Federasiyası dövləti, silahlı qüvvələri əleyhinə təbliğat aparmaqda ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR