Rusiya MN: 2 minə qədər ukraynalı hərbçi mühasirəyə alınıb

Rusiya MN: 2 minə qədər ukraynalı hərbçi mühasirəyə alınıb
# 24 iyun 2022 13:21 (UTC +04:00)

Luqanskın Qorskoe və Zolotoe yaşayış məntəqələrində Ukrayna ordusunun, millətçi batalyonların və xarici muzdluların 2 minə qədər döyüşçüsü mühasirəyə alınıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-leytenant İqor Konaşenkov açıqlama verib.

O, Rusiya qüvvələrinin son sutka ərzində Ukraynaya məxsus 2 Su-25 təyyarəsini Xarkov və Nikolayev vilayətləri üzərində vurduğunu qeyd edib.

Bundan başqa, Odessa şəhəri yaxınlığında S-300 zenit-raket kompleksinin məhv edildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR