Rusiya MN: ABŞ rəsmiləri Ukraynada vətəndaşlar üzərində bioloji tədqiqat apardıqlarını etiraf ediblər

Rusiya MN: ABŞ rəsmiləri Ukraynada vətəndaşlar üzərində bioloji tədqiqat apardıqlarını etiraf ediblər
# 19 sentyabr 2022 17:32 (UTC +04:00)

ABŞ rəsmiləri Ukraynada aztəminatlı vətəndaşlar və psixiatriya klinikalarında olan xəstələr üzərində bioloji tədqiqat apardıqlarını etiraf ediblər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarını rəhbəri general-leytenant İqor Kirillov bildirib.

“ABŞ və Ukraynanın Ukrayna vətəndaşlarının ştammlarının və biomateriallarının çıxarılması və hərbi qulluqçular, aztəminatlı vətəndaşlar, eləcə də əhalinin ən az müdafiə olunan kateqoriyalarından biri - Psixiatrik xəstəxanalardakı xəstələr üzərində araşdırma apararkən etik normalara riayət edilməsi ilə bağlı izahatları son dərəcə inandırıcı görünmürdü”, - deyə Kirillov Cenevrədə Bioloji və Zəhərli Silahların Qadağan edilməsinə dair Konvensiyaya üzv dövlətlərin məşvərət toplantısından sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələ müzakirə olunarkən, Amerika nümayəndə heyəti bu cür faktları etiraf etdi və qeyd etdi ki, patogen biomaterialların nümunələrinin ABŞ-a ötürülməsi nadir hallarda baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR