Rusiya MN: Almaniyanın Ukraynaya verdiyi “Hepard” kompleksi məhv edilib

Rusiya MN: Almaniyanın Ukraynaya verdiyi “Hepard” kompleksi məhv edilib
# 10 avqust 2022 13:11 (UTC +04:00)

Rusiya Ordusu Nikolayev vilayətində Almaniyanın Ukraynaya verdiyi “Hepard” zenit-raket kompleksini məhv edib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.

Nazirlik eyni istiqamətdə Ukraynanın 3 döyüş təyyarəsinin vurulduğunu da bildirib.

Almniyanın iyul ayında Ukraynaya 3 "Hepard" zenit-raket kompleksi verdiyi açıqlanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR