Rusiya MN: “Azovstal”da içərisində 152 nəfərin meyiti olan minalanmış furqon tapılıb

Rusiya MN: “Azovstal”da içərisində 152 nəfərin meyiti olan minalanmış furqon tapılıb
# 31 may 2022 13:37 (UTC +04:00)

“Azovstal”ın yeraltı hissəsində içərisində 152 nəfərin meyiti olan minalanmış izotermik furqon aşkar edilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib .

"Ukraynanın təslim olmuş "Azov" dəstəsinin nasistlərinin gizləndiyi Mariupoldakı "Azovstal" metallurgiya zavodunun yeraltı hissəsinə baxış zamanı Rusiya hərbçiləri izotermik furqon aşkar ediblər. Soyutma sistemi xarab olan furqonda Ukrayna Silahlı Qüvvələrinin 152 hərbçisinin və döyüşçülərinin meyitləri saxlanılıb”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkovun sözlərinə görə, rusiyalı istehkamçılar furqona baxış zamanı həlak olmuş ukraynalı hərbçilərin cəsədlərinin altında dörd mina aşkar ediblər: “Həmin minalarda olan partlayıcının ümumi kütləsi furqonda qalan meyitlərin bütün qalıqlarını məhv etməyə kifayət edib. Əsir götürülən Azov silahlılarının dindirilməsinin nəticələrinə görə, meyitlərin minalanmasının birbaşa Kiyevin göstərişi ilə həyata keçirildiyi müəyyən edilib. Təxribatın məqsədi Rusiyanı meyitlərin qalıqlarını qəsdən məhv etməkdə günahlandırmaq və Kiyev rejiminin və şəxsən Zelenskinin siyasi “reputasiyasını” xilas etmək üçün meyitlərin qohumlarına təhvil verilməsinin qarşısını almaq olub”.

Rusiya MN rəsmisi xatırladıb ki, əsir götürülməzdən əvvəl Azov komandanlığı açıq şəkildə Zelenskiyə müraciət edərək ölənlərin meyitlərinin ailələrinin Kiyev rejiminin nəzarətində olan ərazidə dəfn edilməsini xahiş edib. “Lakin “Azovstal” zavodundan ölənlərin meyitlərinin təhvil alınması ilə bağlı Kiyevdən heç bir müraciət olmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR