Rusiya MN Böyük Britaniyaya xəbərdarlıq edib

Rusiya MN Böyük Britaniyaya xəbərdarlıq edib
# 16 avqust 2022 18:17 (UTC +04:00)

Böyük Britaniya ölkənin kəşfiyyat təyyarəsinin Rusiyanın da hava məkanından keçəcək marşrutla uçuşu üçün müraciət edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Nazirlik Rusiya Hava Kosmik Qüvvələrinə təyyarənin Rusiya səması üzərindən uçuşuna mane olmaq tapşırığı verilib.

“Böyük Britaniya RC-135 kəşfiyyat təyyarəsinin Rusiya ərazisindən keçərək uçuşu üçün müraciət edib. Bunu məqsədyönlü təxribat sayırıq”, - deyə açıqlamada deyilir.

Rusiya Müdafiə Nazirliyi baş verə biləcəklərə görə bütün məsuliyyətin rəsmi Londonun üzərinə düşəcəyini xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR