Rusiya MN: Deeskalasiya təşəbbüslərinin rədd edilməsi münaqişə üçün ilkin səbəb yaradır

Rusiya MN: Deeskalasiya təşəbbüslərinin rədd edilməsi münaqişə üçün ilkin səbəb yaradır
# 12 yanvar 2022 20:27 (UTC +04:00)

NATO-nun Rusiyanın deeskalasiya təşəbbüslərini rədd etməsi insidentlər və münaqişələr üçün ilkin səbəb yaradır və təhlükəsizliyin əsaslarını sarsıdır. APA nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.

"Göstərildi ki, Rusiya tərəfi dəfələrlə alyansa vəziyyətin deeskalasiyası üçün tədbirlər görməyi təklif edib. Alyans tərəfindən Rusiyanın təşəbbüslərinə məhəl qoyulmayıb. Bu, insidentlər və münaqişələr üçün ilkin səbəb yaradır və təhlükəsizliyin əsaslarını sarsıdır”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, bu gün Brüsseldə Rusiya NATO şurasının iclası keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR