Rusiya MN: Donetsk istiqamətində Ukraynanın 300-dən çox hərbçisi məhv edilib

Rusiya MN: Donetsk istiqamətində Ukraynanın 300-dən çox hərbçisi məhv edilib
# 22 mart 2023 17:22 (UTC +04:00)

Son sutka ərzində Rusiyanın Cənub Qoşun Qruplaşması Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 300-dən çox hərbçisini məhv edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Donetsk istiqamətində Cənub Qoşun Qruplaşmasının aktiv əməliyyatları zamanı son sutka ərzində 300-dən çox ukraynalı hərbçi, 3 zirehli döyüş maşını, 3 “Akatsiya” özüyeriyən artilleriya qurğusu, həmçinin D-20 haubitsası məhv edilib”, - deyə Konaşenkov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR