Rusiya MN İlan adasını tərk etdiklərini təsdiqləyib: "Bu, xoşməramlı addımdır" - YENİLƏNİB

Rusiya MN İlan adasını tərk etdiklərini təsdiqləyib: "Bu, xoşməramlı addımdır" - YENİLƏNİB
# 30 iyun 2022 12:41 (UTC +04:00)

Rusiya ordusu Ukraynanın İlan adasından geri çəkildiyini açıqlayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) açıqlama yayıb.

“Bu gün xoşməramlı addım olaraq rusiyalı hərbçilər İlan adasında döyüş tapşırıqlarının icrasını başa çatdırıb və orda yerləşən qarnizon adanı tərk edib. Bununla da, Rusiya Federasiyası BMT-nin Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının daşınması üçün humanitar dəhlizin yaradılması ilə bağlı səylərinə əngəl yaratmadığını dünya birliyinə nümayiş etdirib”, - açıqlamada deyilir.

Rusiya MN öz növbəsində Ukraynanı Qara dəniz akvatoriyasını minalardan təmizləməyə çağırıb.

***

12:37

Rusiya qüvvələri Ukraynanın Qara dənizdə yerləşən İlan adasından təxliyə olunub və güman ki, düşmən adanı tam tərk edib.

APA Liga.net saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Cənub Operativ Komandanlığı açıqlama yayıb.

Gecə Ukrayna qüvvələrinin adaya raket və artilleriya zərbələrin endirdiyini açıqlayan komandanlıq Rusiya qüvvələrinin 2 katerlə adadan təxliyə edildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR