Rusiya MN: İndiyədək Ukraynanın 141 təyyarəsi, 110 helikopteri vurulub

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 23 aprel 2022 12:18 (UTC +04:00)

Ukraynanın Xarkov vilayətinin Novaya Dmitrovka ərazisində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini havada vurub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, həmçinin, gecə ərzində Nikolayev vilayətinin Novaya Zarya qəsəbəsi üzərində Ukraynanın on beş pilotsuz uçuş aparatı, o cümlədən bir “Bayraktar TB-2” məhv edilib: “Çernobayevka bölgəsində “Pantsir-S” zenit-raket və silah sistemlərinin ekipajları havada iki “Toçka-U” taktiki raketini və yaylım atəşi sisteminin üç mərmisini vurub.

Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 141 təyyarə, 110 helikopter, 538 pilotsuz uçuş aparatı, 261 zenit-raket kompleksi, 2471 tank və digər zirehli döyüş texnikası, 274 reaktiv yaylım atəşi sistemi, 1075 səhra artilleriya silahları və minaatanları, o cümlədən 2311 ədəd xüsusi təyinatlı hərbi texnikası məhv edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR