Rusiya MN: İndiyədək Ukraynanın 300-ə yaxın zenit-raket kompleksi məhv edilib

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 07 may 2022 12:04 (UTC +04:00)

Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı indiyədək Ukraynanın 300-ə yaxın zenit-raket kompleksi məhv edilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 152 təyyarə, 112 helikopter, 762 pilotsuz uçuş aparatı, 295 zenit-raket kompleksi, 2895 tank və digər zirehli döyüş texnikası, 333 reaktiv yaylım atəşi sistemi, 1364 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2716 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”, - deyə Rusiya MN sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR