Rusiya MN Kiyevi Kursk və Belqorodda mülki əhaliyə zərbə endirməkdə ittiham edib

Rusiya MN Kiyevi Kursk və Belqorodda mülki əhaliyə zərbə endirməkdə ittiham edib
# 03 iyul 2022 13:07 (UTC +04:00)

"Bazar günü gecə Ukrayna Rusiyanın Kursk və Belqorod şəhərlərini “Toçka-U” raketləri və PUA-larla atəşə tutub, zərbə mülki əhaliyə endirilib".

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bu gecə Moskva vaxtı ilə saat 03:00-dan 03:30-a qədər Kiyev rejimi kasetli mərmili “Toçka-U” ballistik raketləri və “Tu-143” PUA-ları ilə Belqorod və Kursk şəhərlərində hərbçilərin olmadığı yaşayış məntəqələrinə qəsdən zərbə endirib: "Raket hücumu məqsədyönlü şəkildə planlaşdırılıb və Rusiya şəhərlərinin mülki əhalisinə qarşı həyata keçirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR