Rusiya Krımda hərbi hissədə sursat anbarında baş verən partlayışı diversiya adlandırıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Nazirlik elektrik stansiyası, dəmir yolu və yaşayış evləri də daxil olmaqla, bir sıra infrastuktura zərər dəydiyini bildirib.