Rusiya MN: Lisiçansk şəhəri daxilində döyüş gedir

Rusiya MN: Lisiçansk şəhəri daxilində döyüş gedir
# 03 iyul 2022 13:16 (UTC +04:00)

Rusiya ordusu Lisiçanskın üç yaşayış məntəqəsini ələ keçirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya ordusu Lisiçanskda qalan Ukrayna qüvvələrinin məğlubiyyətini başa çatdırır: "Rusiya qoşunları və "LXR" - in bölmələri mühasirəyə alınmış düşmənin məğlubiyyətini başa çatdıraraq Lisiçansk şəhəri daxilində döyüşürlər. Dünən Lisiçanskın yaxınlığında Novodrujevsk, Maloryazantsevo və Belaya Qora yaşayış məntəqələri azad edilib".

Rusiya Müdafiə Nazirliyinin məlumatında o da bildirilib ki, Lisiçansk vilayətində iki gün ərzində 38 ukraynalı hərbçi təslim olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR