Rusiya MN: Ötən gecə Ukraynanın 100-ə yaxın hərbi obyekti vurulub

Rusiya MN: Ötən gecə Ukraynanın 100-ə yaxın hərbi obyekti vurulub
# 11 may 2022 12:08 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinin aviasiyası ötən gecə ərzində Ukraynanın 100-ə yaxın hərbi obyektini vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Əməliyyat-taktiki və ordu aviasiyası gecə ərzində 93 obyekti, o cümlədən iki komanda məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 69 ərazini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin üç silah-sursat anbarını vurub”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov onu da bildirib ki, ötən gecə ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri biri “Bayraktar-TB2” olmaqla Ukraynanın 9 pilotsuz uçuş aparatını vurub.

Onun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya hərbçiləri Ukraynanın 800-dən çox pilotsuz təyyarəsini və 300-dən çox zenit-raket kompleksini, həmçinin 164 təyyarə və 125 helikopterini məhv edib: "Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 164 təyyarə, 125 helikopter, 807 pilotsuz uçuş aparatı, 302 zenit-raket kompleksi, 3000-ə yaxın tank və digər zirehli döyüş maşını, 360 reaktiv yaylım atəşi sistemi, 1455 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2808 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR