Rusiya MN: Ötən gün Kiyevə raket zərbələri endirilməyib

Rusiya MN: Ötən gün Kiyevə raket zərbələri endirilməyib
# 24 noyabr 2022 14:46 (UTC +04:00)

Rusiya ordusu noyabrın 23-də Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirməyib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik şəhərdə qeydə alınan dağıntıların Ukrayna hava hücumundan müdafiə sistemlərinə (HHM) məxsus yerli və xarici ölkə istehsalı raketlərin düşməsinə görə baş verdiyini əlavə edib.

Xatırladaq ki, Ukrayna noyabrın 23-də şəhər endirilən raket zərbələri zamanı 10 nəfərin öldüyünü, 35 nəfərin yaralandığını açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR