Rusiya MN: Ötən sutka Ukraynanın iki Su-25 təyyarəsi vurulub

Rusiya MN: Ötən sutka Ukraynanın iki Su-25 təyyarəsi vurulub
# 01 iyul 2022 13:43 (UTC +04:00)

Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri ötən sutka ərzində Ukraynaya məxsus iki Su-25 hücum təyyarəsini və 11 pilotsuz uçuş aparatını vurub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri Xarkov vilayətinin Barvenkovo ​​və Kurulka yaşayış məntəqələri ərazilərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsini vurub. Həmçinin, ötən sutka ərzində "DXR", Xarkov və Zaporojye vilayətlərində Ukraynaya məxsus 11 PUA vurulub”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR