Rusiya MN: Ötən sutkada Ukraynanın 13 pilotsuz uçuş aparatı vurulub

Rusiya MN: Ötən sutkada Ukraynanın 13 pilotsuz uçuş aparatı vurulub
# 06 iyun 2022 12:22 (UTC +04:00)

Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukraynaya məxsus MiQ-29 qırıcı təyyarəni və 13 pilotsuz uçuş aparatını vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Donetskin Slavyansk yaşayış məntəqəsi ərazisində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub. Həmçinin Donetskin Yasinovataya, Volçeyarovka, Luqanskın Borovenki, Xarkov vilayətinin Balakliya, Qlubokoe , Verbovka, Liptsy, Mixaylovka, Zaporojye vilayəti Tokmak yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatı məhv edilib”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR